"Bild" və Miroslav Kloze Mahir Emrelinin debütü haqda: "O, topla çox yaxşı mübarizə apardı"

Almaniyanın məşhur "Bild" nəşri millimizin futbolçusu Mahir Emrelinin I Bundesliqa təmsilçisi "Nürnberq"dəki debüt oyunundan yazıb.

Presssport.az xəbər verir ki, ötən şənbə günü Emreli "Herta"ya qarşı VI turun ev oyununda (0:2) iştirak edib: "Klubun ("Nürnberq"in) hücumçusu Benjamin Qoller (25 yaş) fasiləyə qədər zədələndiyi üçün  Emreli gözlənilmədən tez debüt etdi. Əvvəlcə azərbaycanlı hücumçunun maksimum 30 dəqiqə oynayacağı gözlənilirdi. Emrelinin debüt matçında topa 35 dəfə təması oldu. O, təkbətək mübarizələrin 35 faizindən qalib çıxdı, 1 dəfə isə kross etdi (sürətli qaçış - red.). Diqqətçəkən məqam odur ki, Emreli topa nəzarəti ələ keçirmək üçün tez-tez hücumun mərkəzini tərk edirdi".

Qəzet Mahir Emrelinin oyunu ilə bağlı "Nürnberq"in baş məşqçisi Miroslav Klozenin də fikirlərinə yer verib: "O, topla çox yaxşı mübarizə apardı. İndi o, oyun üçün vacib olan topla daha çox hazırlaşmalı və fiziki forması üzərində çalışmalıdır".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC