"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında qələbə qazanıb.
Presssport.az xəbər verir ki, adıçəkilən komanda XX turda öz meydanında “Moreyrense”ni məğlub edibç
Abel Ruizin 8-ci dəqiqədə vurduğu yeganə qol “Braqa”ya minimal hesablı qələbə qazandırıb.
Görüşü stadiondan baş məşqçi Qurban Qurbanovun bolqarıstanlı köməkçisi, video-analitik məşqçi Yanuş Vasilyev izləyib.
Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan Artur Jorjenin komandası bu qələbə sayəsində xallarının sayını 40-a çatdırıb.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC