"Londona ən yaxşı oyunumuzu göstərmək üçün gedirik" - "Qarabağ"ın legioneri

“Stadionda əla atmosfer var idi. Hiss olunurdu ki, Azərbaycan derbisidir. Bu, həm də mənim “Qarabağ”da ilk derbim idi. Çox şadam ki, qələbə qazandıq, 3 xal əldə etdik”.

Presssport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Mateuş Koxalski deyib.

Polşalı qolkiper Misli Premyer Liqasının 7-ci turunda “Neftçi”yə 4:0 hesabı ilə qalib gəldikləri görüşü belə şərh edib: “Yaxşı oynadıq. Əvvəlki matçlarda bir qədər problem yaşayırdıq, çox qol vura bilmirdik. Lakin “Neftçi” ilə görüşdə 4 dəfə fərqlənə bildik. Buna görə çox şadam. Nəticəyə baxmayaraq, oyun heç də asan keçmədi. “Neftçi”nin heyətində çox yaxşı oyunçular var”.

Koxalski UEFA Avropa Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində səfərdə “Tottenhem”ə qarşı keçirəcəkləri matçdan da söz açıb: “Onlara qarşı oynamaq mənim arzumdur. “Tottenhem” çox böyük klubdur. Londonda ən yaxşı oyunumuzu göstərmək üçün gedirik. Əlimizdən gələni edəcəyik ki, səfərdə yaxşı nəticə qazanaq” (qol.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC