"Turan Tovuz"un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev “Facebook”dakı şəxsi səhifəsində panamalı müdafiəçiləri Roderik Millerin son durumuna aid şəkli paylaşaraq AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerenin qərarına etirazını bildirib.
Presssport.az xəbər verir ki, fotoda Millerin gözünün altında böyük şiş olduğiu görünür: "Ayağının ucu ilə göz çıxartmaq, burun qırıb, sifəti qana boyamaq olarMIŞ!
Ayağın ucunda nə olub ki, Millerin gözünün altında deşik var? Yəqin butsun şipinin biri o, mübarək uca bərkidilibMİŞ!".
Xatırladaq ki, De Blekere Misli Premyer Liqasının VII turunda keçirilən "Turan Tovuz” - "Araz-Naxçıvan" oyununda (1:2) qeydə alınan mübahisəli epizodu şərh edərək, FİFA referisi Elçin Məsiyevin Millerin üzünə təpiklə vuran "Araz-Naxçıvan"ın oyunçusu Ramon Maçadoya sarı vərəqə veriməsinin doğru qərar olduğunu açıqlayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC