Gənclər və idman nazirinin müavini Mariana Vasileva qurumun regional gənclər və idman idarələrinin rəisləri ilə görüşüb.
Presssport.az xəbər verir ki, o, son vaxtlar görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıb.
Ardınca "İdman paytaxtı" Quba şəhərində və regionlarda idman sahəsində keçirilən tədbirlər barədə videoçarx nümayiş olunub, videotəqdimat edilib və hesabat təqdim olunub.
Kütləvi idman tədbirləri, idman təhsili məsələləri, bölgələrdə idman menecmenti istiqamətləri, "Üzməyi öyrənək" layihəsinin yekun hesabatı və digər məsələlər müzakirə edilib.
Tədbirdə "Sağlam həyat" səyyar layihəsi haqqında videoçarx nümayiş etdirilib və səyyar maşının regionlarda təşkil olunacaq "Sağlam həyat" layihəsində faydalı olacağı qeyd edilib.
Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC