AVRO-2024: UEFA 1/4 finalda qeydə alınan hakim səhvini etiraf edib

UEFA Hakimlər Komitəsi Almaniyada keçirilən AVRO-2024-də qeydə alınan hakim səhvini etiraf edib.

Presssport.az xəbər verir ki, 1/4 finalda Almaniya və İspaniya (1:2) yığmaları arasında baş tutan qarşılaşmanın sonlarına əlavə olunan dəqiqələrdə baş hakim Entoni Teylorun penalti təyin etməməsinin yanlış qərar olduğu bildirilib.

Belə ki, final fitinə az qalmış ispanların cərimə meydançası daxilində top Mark Kukurelyanın əlinə toxunsa da, referi 11 metrlik cərimə zərbəsi təyin etməmişdi.

Daha sonra - 119-cu dəqiqədə meydan sahiblərinin qapısına yol tapan ispanlar yarımfinala vəsiqə əldə etmişdi.

Xatırladaq ki, finalda İngiltərəni 2:1 üstələyən Luis De La Fuentenin komandası AVRO-2024-ün qalibi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC