Veşoviç də "Tottenhem"ə qarşı oynamayacaq?

“Qarabağ”ın daha bir müdafiəçisi Avropa Liqasının Liqa mərhələsində ilk oyunu buraxa bilər.

Presssport.az xəbər verir ki, bu, monteneqrolu sağ cinah müdafiəçisi Marko Veşoviçdi.

Belə ki, o, Misli Premyer Liqasının VII turunda “Neftçi”ylə ev matçından 2 gün əvvəl məşqdə zədələnib və bu üzdən həmin görüşdə sifariş olunmamışdı.

Bu müddətdə müalicə alan Veşoviçin “Tottenhem”lə səfər matçında da iştirakı sual altındadı.

Xatırladaq ki, “Qarabağ”ın kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medina sentyarbın 26-da Londondakı matçı cəza üzündən buraxacaq. Bu da onun avrokuboklarda son görüşdə - Zaqreb "Dinamo"suyla Bakıdakı cavab qarşılaşmasında aldığı qırmızı vərəqəyə (2 sarı vərəqə) görə 1 oyunluq cəzalı olmasıdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC