Ülvi Mehdi Cənnətova vurduğu qolu fərqləndirdi: "Top göydə olanda Allaha dua edirdim ki, qapıdan keçsin"

Premyer Liqanın XXI turunda “Qəbələ” “Zirə” ilə heç-heçə edib – 1:1. Qarşılaşmadan sonra “qırmızı-qaralar”ın hücumçu Ülvi İsgəndərov Presssport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- “Zirə”nin qapıçılarının qəniminə çevrilmisən. Nə məsələdir?

- (gülür) Nə bilim. Qismətdir də.

- Xüsusi hazırlaşırsan bu rəqiblə oyunlara?

- Məşqlərdə özüm üçün hazırlaşıram. Şansımı sınayıram. Oyun bizim üçün ağır oldu. Əvvəlcədən çətin olacağını bilirdik. “Zirə” yaxşı komandadı. 

- “Zirə”yə qarşı oyunlarda sizdə xüsusi aqressiya hiss olunur…

- Belə bir şey yoxdur. Sadəcə, indiki durumumuz bunu tələb edir ki, bütün komandalara qarşı aqressiv oynayaq. Bizə xallar qazanmaq lazımdır. 

- Qarşılaşmadan öncə rəqibin zəif nöqtələrini təhlil etmişdiniz?

- Əlbəttə! Rəqibdən asılı olmayaq bütün oyunlara ciddi hazırlaşırıq. Bütün komandaları ciddi şəkildə təhlil edirik.

- Səncə, “Ayın qolu”nun qalibi seçilə biləcəksən?

- (gülür) Ay təzə başlayır. Hələ heç nə demək olmaz.

- Səncə, bundan yaxşı qol vurulacaq?

- İnşallah! Bilmirəm. Vallah, nə deyim?

- Səncə, “Neftçi”yə də belə qol vura bilərsən?

- Əlbəttə ki, vura bilərəm. Qapıçı öndə olursa, bəxtimi sınayıram. Qolkiper qabaqda deyilsə, komanda yoldaşıma ötürmə edirəm. 

- Bu qol daha yaxşı idi, yoxsa keçən mövsüm Qəbələdə Mehdi Cənnətova vurduğun?

- Mehdiyə vurduğum. Çünki son dəqiqədə vurmuşdum. O, qol bizə qələbə qazandırmışdı. Həm də tam meydanın mərkəzindən zərbə endirmişdim. 

- Uzaq məsafədən qol vurmaq istəyəndə ən çox nəyi nəzərdən keçirirsən? Qapıçının boyunu nəzərə alırsan?

- Yox! Qolkiper qabaqdadırsa, zərbəni endirirəm. Çox güman ki, həmin topa çata bilməyəcək. 

- Zəhmət olmasa, səmimi cavab ver. Zərbəni vurduqdan sonra, top göydə olanda hiss edirdin ki, qol olacaq?

- Top göydə olanda Allaha dua edirdim ki, qol olsun (gülür).

- Komanda çox çətin durumda idi. 5-6 futbolçunuz yox idi. Özünü bu oyuna necə köklədiniz?

- İtirəcəyimiz heç nə yoxdur. Bizə vacib xallar lazım idi. Sonuncu pillədən qurtulmaq üçün oyuna köklənirik. Kiminsə olub-olmaması o qədər də önəmli deyil.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC