Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Presssport.az xəbər verir ki, iclasda Misli Premyer Liqasıyla bağlı aşağıdakı qərarlar verilib:
21 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilir (maddə 37);
21 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 52.1);
22 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VII turunun “Səbail” – “Sabah” oyununda “Səbail” komandasının 7 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilir (maddə 37);
22 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VII turunun “Səbail” – “Sabah” oyununda “Səbail” klubunun azarkeşləri tərəfindən hakimlərin və qonaq komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Səbail” komandasına xəbərdarlıq edilir (maddə 43.7);
22 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VII turunun “Səbail” – “Sabah” oyununda “Sabah” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” komandası 700 manat cərimə edilir (maddə 37);
22 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VII turunun “Sumqayıt” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Sumqayıt” komandası 500 manat cərimə edilir (maddə 70.1);
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC