Azərbaycan Basketbol Liqasının debütantı ispaniyalı baş məşqçiyə tapşırıldı: "Böyük hədəflərimiz var"

Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında iştirak edəcək “Ordu” klubunun baş məşqçisinin adına aydınlıq gəlib.

Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, “hərbçilər” ispaniyalı mütəxəssisə tapşırılıb. 

Azərbaycanın əsas yığmasında 3-cü məşqçi, U-20 yığmasında isə baş məşqçi kimi fəaliyyət göstərən Alberto Blanko yüksək liqa klubunda işləyəcək. Onunla birillik müqavilə imzalanıb.

Blanko hədəflərinin böyük olduğunu vurğulayıb: “Yeni komandayıq. Çempionatda yeni klub kimi mübarizə aparacağıq. Ona görə də oyunçularımızın uyğunlaşması çox vacibdi. Düzdür, yerli oyunçularımız digər klublardan gəlib, onlar üçün ciddi problem olmayacaq. Addım-addım getməliyik. Çünki yeni yaranan klub üçün dərhal nəticə göstərmək bir qədər çətindi. Böyük hədəflərimiz var. Ancaq bunun üçün ilk növbədə oyunçularımız çempionatın startına qədər lazımi formaya çatmalıdırlar. Bundan sonra artıq hansısa uğurlardan danışmaq olar. Əlbəttə, hamımız əlimizdən gələni edəcəyik ki, klubumuz lazımi nəticəni qazansın. Oyunçularımız məqsədə çatmaq üçün meydanda sona qədər mübarizə aparacaq"
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC