"Kəpəz"in futbolçusu ciddi zədəsi, düşdükləri "qara zolaq" və azarkeşlərin təzyiqi haqda: "Onları qınamırıq, haqlıdırlar"

“Süni örtük sürüşkəndi və adi bir vəziyyyətdə ayağımdan səs eşitdim. Qasıq nahiyəmdə əzələ dartılması oldu. MRT-yə gedəcəm. Ağrılarım çox güclüdü”.

Bu fikirləri Presssport.az-a açıqlamasında “Kəpəz”in futbolçusu Elmir Tağıyev deyib.

Misli Premyer Liqasının VII turunda “Şamaxı”ylə Tovuz şəhər stadionundakı matçda (0:2) adi epizodda ayağı sürüşərək ciddi zədələnən gənc yarımmüdafiəçi uzun müddət sıradan çıxdığı gözlənilir. Əvvəl də ayağının başqa hissəsindən ağır zədə alan Elmir əsas problemi bəxtsizlikdə yox, sintetik qazonda görür: “Çünki təbii otda məşq ediirik, oynayırıq. Uzun müddətdi süni örtükdə oynamırdıq və ola bilər ki, bu amil təsirini göstərdi”.

Tağıyev hələ də xal üzünə həsrət qalan komandasının toparlanaacağına inanır: “Yeni baş məşqçimiz də gəlib, inşallah, çıxış yolunu birgə axtarırıq, çalışırıq. Əlimizdn gələni ediirk ki, bu “qara zolaq”dan çıxaq. Çalışıb bir şey edəcəyik”.

Futbolçu komandaya sərt təpki göstərən gəncəli azarkeşləri haqlı sayır: “Onları qınamırıq. Azarkeşlərdi, haqlıdırlar. Əlbəttə ki, onların təzyiqi bizi narahat edir. Amma biz də azarkeşlərimizdən istəyirik ki, “Kəpəz”ə dəstək olsunlar”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC