Klub nümayəndələri hakimi dəfələrlə təhqir etdi, cəzalarını aldı

AFFA U-15 Liqasında çıxış edən “Metak” komandasının nümayəndələri 5 oyunluq cəzalandırılıb.

Presssport.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin (İK) növbəti iclasında qərar qəbul olunub.

Belə ki, "Nefçi"ni qəbul edən “Metak”ın cəzalı durumda olan baş məşqçisi Mehman Səfərov və nümayəndəsi Salman Səfərov oyunun gedişi zaman yan xətt hakimini dəfələrlə təhqir etdiklərinə görə 5 matçlıq diskvalifikasiya edilib.

Bundan başqa, qarşılaşma bitdikdən sonra azarkeşlər meydana daxil olaraq yan xətt hakiminə təzyiq etməyə çalışdıqlarına görə “Metak”a xəbərdarlıq edilib.

Onu da bildirək ki, İK-nın qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 gün ərzində Apellyasiya Arbitraj Tribunalının İntizam Palatasına verilə bilər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC