“İqor Rodriges qripə yoluxmuşdu. Bronxlarını əməlli soyuqladıb. Abdulla Rzayevdə isə problem zədəylə bağlıdı”.
Bu fikirləri Presssport.az-a açıqlamasında “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.
Komandada son durum haqda danışan 42 yaşlı mütəxəssis qripə yoluxan bir neçə futbolçununun sağaldığını vurğulayaraq, sağ cinah müdafiəçisi Abdulla Rzayevin hələ də yaşıl meydandan kənarda qalmasına toxunub. Belə ki, əvvəlcə cəzalı olan U-21 yığmamızın üzvü vərəqə limitini aşdığı matçı buraxandan sonra da komandasına kömək edə bilmir. Bağırovun sözlərinə görə, Rzayevin köhnə zədəsi özünü göstərir: “Abdullanın ilyarım əvvəl ayağında yara vardı. İndi o yara açılıb. Problem barmağının arasındadı. Əslində, futbolçunun fiziki durumumda heç bir problem yoxdu. Sadəcə, Rzayevi milli komandanın üzvü olduğuna görə gələcək üçün itirməməyə görə müalicə etdiririk. Yəni, hal-hazırda çıxb futbol oynaya bilər, heç bir problem yoxdu. Sadəcə, oynadıqca o yarası sağalmır, bağlanmır. Nə qədər ayağında ayaqqabı, “buts”u olanda bu, belə olur. Həkimlərin dediyinə görə, bunun aradan qaldırılması 10-12 gün çəkəcək. O üzdən Abdulla bu həftəki oyunlarımızda yoxdu. Futbolçunu insan olaraq itirmək istəmirik”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC