“Araz-Naxçıvan” bu həftə Qəbələdə 2 matç keçirəcək.
Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi bu gün həmin məkanda Premyer Liqanın XXI turuna yekun vuran matçda “Kəpəz”in, 4 gün sonra isə Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qəbələ”nin qonağı olacaq.
Maraqlıdı, naxçıvanlılar növbəti görüşədək Bakıya qayıtmayıb, elə Qəbələdə qalacaq? Baş məşqçi Azər Bağırov saytımıza açıqlamasında bunun üçün gəncəlilərlə matçı gözləməyi lazım bilib: “Planlarımızda Qəbələdə qalmaq da var. İnşallah, ”Kəpəz"in oyunun vəziyyəti, futbolçuların durumu göstərəcək. Məsləhət olsa, qalacağıq. Olmasa, dönüb gələcəyik. Əsas futbolçular moral olaraq yorulmasın. Öyrəşməyiblər birdən-birə neçə gün Bakıda kənarda qalmağı. Özü də gərgin oyunlar ərəfəsi var, ailələri-uşaqları var. Belə götürəndə aşağı yolla gedəndə Qəbələdən Bakıya 4 saatlıq yoldu. İstəmirik futbolçuların psixoloji durumlarına pis təri göstərsin. Oyundan sonra evində, aləsinin yanında olmaq istəyən var. Əsas məsələnin bu tərəfidi ki, futbolçuları düşünərək qərar verək. Deməzdim ki, burda nəticə əsas rol oynayacaq, qələbə olsa, qalacağıq. Hər şey ola bilər. Yekunda futbolçularla məsləhətləşəcəyik".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC