Qurban Qurbanov indiki “Tottenhem”i 9 il əvvəlkindən tam fərqli komanda saydı, “Yaxşı ki, “Qarabağ” ÇL-də oynamadı” deyənlərə cavab verdi

"Əfsuslar olsun ki, yerli jurnalistlərdən heç kim burda yoxdu. Sadəcə, iki çox dəyərli jurnalistimiz burdadı. “Tottenhem” haqda çox danışmağa bir o qədər ehtiyac yoxdu. Çünki dünyanın ən güclü çempionatında iştirak edən komandaya qarşı oynayacağıq. Hansı ki, həmişə liderlər sırasında olub. Oyuna hazırıq. Sabah yəqin ki, çalışacağıq çox düzgün, çox səliqəli, çox intizamlı oynayaq. Bizim üçün böyük təcrübədi. Belə stadionda, belə azarkeş qarşısında oynamaq hər bir futbolçumuzun böyüməsi üçün böyük təcrübədi. Sabah futbolçular çox güc sərf edərək, mütləq şəkildə yaxşı oyun göstərməyə çalışacaq".

Presssport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının əsas mərhələsinin "Tottenhem"ə qarşı matçından əvvəl keçirilmiş mətbuat konfransında deyib. 

O, ardından jurnalistlərin suallarını da cavablandırıb.

- 2015-ci ildə "Qarabağ" Londonda "Tottenhem"ə 1:3 uduzmuşdu. Həmin oyunu necə xatırlayırsız?

- Həmin matç tam olaraq yadımdadı. Bəli, 1:3 uduzmuşduq. O vaxt da "Tottenhem" yaxşı kollektiv idi, yaxşı baş məşqçisi var idi. Amma bugünkü "Tottenhem" daha dinamik, daha sürətlidi. Yeni baş məşqçi gələndən sonra bəlkə də, Premyer Liqanın ən sürətli pressinq edən komandalarından birinə çevriliblər. O vaxtkı "Tottenhem"lə indiki tamam fərqlidi. Tam fərqli oyun fəlsəfəsi var.

- "Dinamo"(Zaqreb) Çempionlar Liqasında “Bavariya”ya 2:9 uduzduqdan sonra Azərbaycanda çoxları yaxşı ki, "Qarabağ"ın ÇL-də olmadığı fikirlərini səsləndirdi. Bu fikrə münasibətiniz necədir?

- Məncə, bu barədə düşünmək artıq gecdi. Bu gün Avroliqadakı komandaların 70 faizi Çempionlar Liqasındakı (ÇL) komandalarıdan fərqlənmir. ÇL səviyyədə oynayan komandalardı. Bu barədə düşünmürəm, düşünmək də istəmirəm. Bu gün AL-də oynayırıqsa, o barədə düşünməyimiz doğru olmaz. ÇL-ə düşsəydik, necə olardı, düşməmişik yaxşıdır kimi düşüncələrlə işimizi qurmalı deyilik. Əksinə, istənilən turnirdə ən yuxarılarda olmağa çalışmışıq. Layiqincə mübarizə aparmaq istəmişik. Böyükhesablı məğlubiyyətə gəldikdə, belə hallara tez-tez rast gəlirik. Bu gün futbol bir az fərqli yöndə gedir, inkişaf edir. Böyük komandaların bu cür rəqiblərə, bizə böyük hesabla qalib gəlmək ehtimalları çxodur. Biz də hər oyuna tam ciddi, tam diqqətli hazırlaşırıq.

- "Tottenhem" haqda sirr aça bilərsiz?

- Xeyr, açılacaq sirr yoxdur. Rəqibin sirləri çoxdur. Bu barədə hansısa fikir bildirə bilməyəcəm.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC