Millimizin futbolçusu Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" Polşa kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb.
Presssport.az xəbər verir ki, komanda səfərdə “Qornik Zabrze”nin qonağı olub.
90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Bu mərhələnin oyunları 1 matçdan ibarət olduğundan komandalar mübarizəni əlavə vaxtda davam etdiriblər. 93-cü dəqiqədə Alvesin vurduğu qol əlavə vaxtda yeganə olub və yekunda 1:0 hesabı ilə qalib gələn Məmmədovun komandası 1/16 finala vəsiqə qazanıb.
Meydana start heyətində çıxan Rahil 120 dəqiqəni əvəzolunmadan keçirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC