Azərbaycan taekvondoçuları gənclər arasında keçiriləcək dünya çempionatı üçün Cənubi Koreyanın Çunçeon şəhərinə yollanıb.
Presssport.az Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidmətinə istinadən xəbər verir ki, oğlanlardan ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçisi Zahid Məmmədov mundialda İlyas Hətəmli (45 kq), Məhəmməd Həsənli (48 kq), Harun Salmanzadə (51 kq), Fuad Məhərləmli (55 kq), Ziya Həsənli (59 kq), Vasif Səlimov (63 kq), Yunis Hüseynov (68 kq), Hüseyn Xudiyev (73 kq), Elcan Əliyev (78 kq) və Allahverdi Məmmədova (+78 kq) şans verəcək.
Qızlardan ibarət millimizin baş məşqçisi Sun Mi Parkla böyük məşqçi Seul Bi Li isə dünya çempionatında Gülü Zamanlı (42 kq), Xuraman Cavadzadə (44 kq), Nilufər Borji (49 kq), Seyidxanım Məmmədova (52 kq), Sehri Cəlalova (55 kq), Fatimə Həsənova (59 kq), Nərgiz Kazımova (63 kq) və Bahar İbrahimovanı (68 kq) sınayacaq.
Komandaya ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.
Dünya çempionatında ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da yer alacaq.
On d bildirəl ki, oktyabrın 1-də start götürəcək yarış 6 gün davam edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC