Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İngiltərə yığması ilə oyununun başlama saatı dəyişdirilib.
Presssport.az xəbər verir ki, A qrupunun I turu çərçivəsində oktyabrın 4-də, Bakı vaxtı ilə saat 14:45-də start götürməsi nəzərdə tutulan görüş həmin gün saat 16:00-da başlayacaq.
İspaniyanın Kadiz şəhərində təşkil olunacaq seçmə mərhələnin digər oyunlarında millimiz oktyabrın 5-də Gürcüstan (14:45), 7-də isə İspaniya (20:00) yığmaları ilə qarşılaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC