Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda təşkil olunan “WTT Youth Contender” turnirində ilk mükafatlarını qazanıb.
Presssport.az xəbər verir ki, Batumi sınaqlarının ikinci günündə əvvəlcə Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi qarışıq qoşa yarışında etimadı doğruldub.
16 yaşlı idmançılar U-19 yaş kateqoriyasında 3-cü yeri tutub. 13 yaşadək idmançıların şəxsi mübarizəsində isə Onur Quluzadə 1-ci, Yağmur Məmmədli 3-cü olub.
Xatırladaq ki, 11 ölkə stolüstü tennisçilərinin qatıldığı beynəlxalq yarışa sentyabrın 29-da yekun vurulacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC