Mahir Emrelinin adı qalmaqalda - məşqdə gərginlik yaşatdı, xəbərə reaksiya verdi

Almaniya II Bundesliqa təmsilçisi “Nürnberq”in məşqində gərginlik baş verib.

Presssport.az xəbər veir ki, bu haqda məşhur “Bild” nəşri məlumat yayaraq hadisənin mərkəzində millimizin futbolçusu Mahir Emrelinin olduğunu yazıb.

Qəzet iddia edib ki, Emreli komandada uğur qazanmaq üçün problem yaratmağı sevir.

Konkret olaraq Mahirin məşq zamanı onunla komanda yoldaşları Finn Elç və Yannik Hofmann arasında xoşagəlməz anlar yaşanıb. 

Qəzetin yazdığına görə, Elçlə insident yalnız “qəzəbli baxışlar” və “giley-güzar”la keçsə də, Emreli Hofmanna möhkəm toxunub. Sonuncu buna dözməyərək azərbaycanlı futbolçuya yüksək səslə qışqıraraq, onu sızlamaqda günahlandırıb.

Qəzet onu da yazır ki, baş məşqçinin köməkçisi Jerome Polenz bu  mübahisədən olduqca məmnun qalıb "belə emosional durum bizə lazımdır” sözlərini ifadə edib.Emreli isə xəbərlərin yayılmasından sonra İnstaqram səhifəsində Hofmann və Elçlə şəkillərini paylaşıb. O, şəkilə qardaş sözləri yazıb və ürək emojisi atıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC