"Turan Tovuz"un kapitanı ehtiyat oyunçular skamyalarının azlığından çox əziyyət çəkdiklərini gizlətmədi: "Onun almacıq sümüyü yüz faz sınıb, çünki gözü görmür"
Cari çempinata çxo yaxşı başlayan “Turan Tovuz” son 2 turdu qələbə üzünə həsrət qalaraq liderliyini əldən verib. Komandanın kapitanı Şəhriyar Əliyev Presssport.az-a müsahibəsində həm bu məqam, həm də keçmiş baş məşqçisi Ayxan Abbasovun yeni komandasıyla bu gün olacaq sıfır sınağı haqda danışıb.
- Yeni baş məşqçiniz Kurban Berdıyevin dönəmində ilk məğlubiyyət acısı dadınız. Necə bir hiss idi?
- - Düşünürəm ki, "Araz-Naxçıvan"la oyuna pis başlamamışdıq. Amma hesabı aça bilmədik. Rəqib də şansından maksimum dəyərləndi. Düzdü, hesabı bərabərləşdirsək də, 2-ci hissədən qapımıza ilk zərbəsindən qol buraxdıq. Əfsuslar olsun ki, uduzduq. Halbuki, doğma meydanda azarkeşlərimizi sevindirmək istəyirdik.
- - Bəlkə liderliyə yüksələndən sonra necə deyərlər, “özünüzü yandırdınız"? Çünki artıq 2 turdur qalib gələ bilmirsiniz…
- - Birincisi, elə bir komandayıq ki, böyük sözlər kimi çıxmasın, hər oyuna çıxanda məşqçilərimiz hələ heç nə etmədiyimizi, çempionatın əvvəli olduğunu deyir. İkincisi də düşünmürəm ki, nəsə ciddi bir şey var. Dediyim kimi, oyuna yaxşı başlamışdıq, sadəcə, bunun davamını gətirə bilmədik. Rəqib də qol imkanlarından maksimum yararlandı.
- - Özü də “Araz-Naxçıvan” daim məğlub etdiyiniz rəqib olub…
- - Elədi, keçən mövsüm 4 oyunun 4-də də uduzmuşduq onları. Bu oyunda da qələbə qazana bilərdik. Sadəcə, rəqib qol şanslarını bizdən daha yaxşı dəyərləndirdi.
- - İlk qolda səhvin oldu. Həmin epizodu necə şərh edərdin?
- - Top bizdə olanda meydanda geniş olmuşduq. Adi xırda səhvlərimiz yığılaraq qola gətirdi. Hücumu başlayanda topu itirdik, sonra 2-ci topu itirdik. Üçüncü topda da məcburi irəli çıxmaq istədim. Yenə deyirəm ki, hücum edəndə, istər-istər geniş olursan və bu zaman da rəqib açıq olur. Topu tudular, çıxdılar qapımıza hücuma.
- - Berdıyev bu epizoda görə səni, yaxud komanda yoldaşlarını danlamadı?
- - Yox, komanda şəklində səhvlərimizin nə olduğunu analizdə deyir adətən. Ən əsası, komandaya hər oyuna ciddi yanaşmağı tövsiyə edir.
- - Roderik Millerə qarşı olan kobudluq epizodu sanki oyunun qıırlma nöqtəsi oldu, komandanızı “sındırdı”…
- - Bizdə keçən mövsümdə elə bir epizodlarımız olmuşdu ki, futbolçumuza birbaşa qırmızı vərəqə göstərilmişdi - Piruzi Marakvelidezeyə, Faiq Hacıyevə. Sadəcə, bu epizodda deyirlər ki, ayağını çəkib. Hara çəkib ki, Milleri gözünün altı elə günə düşüb? Onun almacıq sümüyü yüz faz sınıb, çünki gözü görmür. Belə bir epiozdda necə qırmızı verməyəsən - mənə çox maraqlıdı. Bizim futbolçuyla bağlı olsaydı, inanıram ki, yüz faiz qırmızı vərəqə verəcəkdi.
- - Nəyə əsasən?
- - Bilmirəm, sadəcə, belə düşünürəm. Fikrimcə, təmiz “qırmızı”lıq epizod idi.
- - Bunda əvvəlki matçınızda da mübahisəli sayılmayan qol oldu. Necə hesab edirsən, hakimlər "Turan Tovuz" sıxmağa başlayıb?
- - Bunu bilmirəm. Bu, hakimlərin qərarına, ədalətinə qalır. Bilmirəm ki, "Sabah"la oyunumuza o epizod VAR kameralarına tuturmu?
- - Yox...
- - Kamera olmadan heç kim dəqiq deyə bilməz ki, top xətdən çıxmışdı. Budəfəki kobudluqda VAR-a baxmadılar. Düşünürəm ki, 2-ci qolda da ofsayd ola bilərdi.
- - Məsələnin futbol tərəfinə keçsək, baş məşqçi olmasan da, kapitan kimi fikirlərin maraqlıdı - səncə, ehtiyat oyunçular skamyanızın qısalığı öz sözünü deyir?
- - Əlbəttə. Aleks Soza zədələnib, bir hücumçumuz qalıb - Otto Con. Həqiqətən heyət geniş olmalıdı. Bu zaman rəqabət, oyunu gücləndirəcək futboçuların da olur. Bu planda həqiqətən çox əziyyət çəkirik. Həm yerli, həm də əcnəbi futbolçular baxımından belədi və fikrimcə, ehtiyat qüvvəmiz azdı.
- - Qarşıda keçmiş baş məşqçiniz Ayxan Abbasovun yeni komandanıza qarşı dueliniz olacaq. Belə bir vəziyyətdə Şamaxıdakı matçla bağlı nə dərəcədə nikbinsiniz?
- - Doğrudan da yaxşı komandaya qarşı oynayacağıq. Çox intizamlı komandadı. Üstəlik, səfərdə oynayacağıq. "Şamaxı"nın Tovuzdakı matçını izlədik, gördük ki, çox yaxşı kollektivdi. İnşallah, bu oyuna ideal formada çıxarıq. Çünki vaxtımız çox oldu bu matça hazırlaşmağa.
- - Əsas da psixloji planda - toparlanmaq lazımdı!
- - Demirəm ki, nəsə böyük bir şey var. Məğlub olmuşuq və çalışacağıq ki, bunu düzgün analiz edib qarşıdakı oyuna daha yaxşı formada çıxaraq qalib gələk.