Türkiyə I Liqasında VII turun oyunları keçirilir.
Presssport.az xəbər verir ki, millimizin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” öz meydanında yığmamızın hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Ankaragücü” ilə qarşılaşıb.
Matç “Bandırmaspor”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətində çıxan Coşqu 84-cü dəqiqədə əvəzlənib. Renat Dadaşov isə 59-cu dəqiqədə meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Bu qələbə sayəsində qələbəsiz oyunlar seriyasına son qoyan Diniyevin komandası xallarının sayını 11-ə artırmaqla turnir cədvəlində 6-cı pilləyə yüksəlib. “Ankaragücü” isə 9 xalla 14-cü pillədə qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC