"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Şamaxıya gəlib.
Presssport.az-ın həmin bölgəyə ezam olunmuş əməkdaşı xəbər ki, 42 yaşlı mütəxəssis əsas köməkçisi Eltun Yaqubluyla birgə Misli Premyer Liqasının VIII turunun “Şamaxı” - “Turan Tovuz” matçını Şamaxı şəhər stadionundan izləyir.
Bu da təsadüfi deyil.
Belə ki, zirəlilər növbəti turda Kurban Berdıyevin komandasıyla görüşəcək. Həmin matç ilk dövrənin son turunda oktyabrın 6-da Tovuz şəhər stadionunda olacaq.
Xatırladaq ki, Şamaxıdakı matçda tovuzlular hesabda 1:0 irəlidədi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC