Azər Bağırov: "Mənim üçün ən zəif oyunumuz idi"

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "Kəpəz"ə 1:3 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransına gğ

- Rəqibi təbrik edirəm. Həm kubok, həm çempionatda oynamaq çətindir. Uşaqlar həm oyunlarını, həm də performanlarını itirirlər. Oyun barədə çox şey demək istəmirəm. İki standard vəziyyətdən qol buraxdıq. Oyunun əvvəlində qol epizodlarını dəyərləndirə bilmədik. Əsas problem budur.

- Ən zəif oyununuzu keçirdiyinizi demək olar?

- İlk 20 dəqiqədə yox, amma ondan sonra demək olar. Yorğunluq öz təsirini göstərir. Mənim üçün ən zəif oyunumuz idi.

- İki müdafiəçinin olmaması oyununuza təsir etdi?

- Abdulla Rzayevin köhnə zədəsi var. Amma İqor Rodriqes qrip virusuna yoluxub. İki əsas heyət oyunçusunun olmaması təsir edir. 

- Orxan Əliyevin erkən əvəzlənməsinin səbəbi nə idi?

- Orxan və İsmail Azzauinin zədələnməsindən ehtiyat etdik. Ehtiyat oyunçular skamyamız geniş deyil. Rotasiyalar edə bilmirik. Qarşıda çətin oyunlar var. Ona görə ehtiyat etdik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC