Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Presssport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Belə ki, 37 yaşlı Ağayev UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin II turunda keçiriləcək “Şturm” (Avstriya) – “Brügge” (Belçika) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Stüart Attuell olacaq.
Oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, Əliyar bunadək ÇL köhnə formatda olanda qrup matçını idarə edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC