Sumqayıtda oynayacaq "Dinamo"nun futbolçusu: "Prinsipcə, bir neçə ildir ki, azarkeşsiz oynamağa öyrəşmişik"

Minsk “Dinamo”sunun müdafiəçisi Aleksandr Saçivko Konfrans Liqasının əsas mərhələsində qarşıdakı ev oyunlarının azarkeşlərin dəstəyi olmadan Sumqayıtda keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, Belarus klubunun aparıcı üzvü məsələ barədə bunları deyib:

“Konfrans Liqasında azarkeş çatışmazlığı olacaqmı? Aydındır ki, evdə oynasaydıq, "Dinamo" üçün daha yaxşı olardı. Dəstəyimiz olsaydı, nəticələr indikindən daha yüksək alınacaqdı. Amma prinsipcə, bir neçə ildir ki, azarkeşsiz oynamağa öyrəşmişik. Bu, bir neçə ildir ki, davam edir. Vəziyyət belədi. Təbii ki, bizə dəstəyin olmasını istəyərdik. Lakin hələlik təəssüf ki, bu mümkün deyil”.

Xatırladırıq ki, Belarus çempionu ev oyunlarını Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirərək, “Kopenhagen” (Danimarka), “Larne” (Şimali İrlandiya) və “Harts”ı (Şotlandiya) qəbul edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC