Nigeriyalı “Qəbələ”də oynadığı üçün xoşbəxtdi: "Düşərgəsinə qatıldıqda düzgün qərar verdiyimə bir daha əmin oldum"

"Necə çıxış etdiyimi deyə bilmərəm, amma əsas məqsədimiz çempion olub, Premyer Liqaya vəsiqə qazanmaqdır".

Presssport.az xəbər verir ki, bunu Azərbaycan I Liqasında çıxış edən “Qəbələ”nin nigeriyalı futbolçusu Oçe Oçoveçi klubun mətbuat xidmətinə açıqlamasında deyib.

22 yaşlı oyunçu komandaya uyğunlaşmaqda heç bir problem yaşamadığını bildirib:

:İstər rəhbərlik, istərsə də məşqçilər heyəti və komanda yoldaşlarım tərəfindən çox xoş qarşılandım. Artıq “Qəbələ”nin heyətində rəsmi matçlarda da meydana çıxdım”.

O, “Qəbələ”də oynadığı üçün xoşbəxt olduğunu vurğulayıb:

“Bundan əvvəl çıxış etdiyim klublarda çox şey öyrənmişəm. İndiki komandamda da karyerama müsbət təsir edəcək nələrsə olacağına inanıram. Bu baxımdan “Qəbələ”də olduğum üçün çox xoşbəxtəm. İnanıram ki, təcrübəmi xeyli artıracam”.

Oçoveçi Azərbaycandan təklif alarkən bir dostu ilə məsləhətləşdiyini qeyd edib:

“Azərbaycana gəlməzdən əvvəl burda oynayan bir dostumla məsləhətləşdim. Mənə “Qəbələ” barədə çox müsbət fikirlər söylədi. Təklifi mütləq qəbul etməli olduğumu bildirdi. Bu səbəbdən klubumu dəyişmək qərarına gəldim. “Qəbələ”nin düşərgəsinə qatıldıqda düzgün qərar verdiyimə bir daha əmin oldum. Hazırda fikrimiz komanda şəklində inamlı addımlar atmaqdır”.

Xatırladaq ki, “Qəbələ” I Liqada 3 turdan sonra 7 xalla ikinci pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC