Elgiz Abbasov: "Rəsmi və ya qeyri-rəsmi olaraq kubokda iştirak etmək istəməyən klub yoxdu"

Bu gün Azərbaycan kubokunda 2024/25 mövsümünün püşkü atılıb.

Presssport.az xəbər verir ki, tədbirdə çıxış edən PFL-in texniki idman direktoru Elgiz Abbasov turnirlə bağlı məlumat verib, fikirlərini bildirib:

- Premyer Liqada mövsüm bitdikdən bir sonra kubokun finalı olacaq. Beynəlxalq təcrübəni araşdırırıq. Bu mövsüm kubokun final oyununun daha öncə reallaşması üçün təkliflərə, variantlara baxmışdıq. Final görüşünü iki komanda keçirəcək. Digər komandalar onların oyun cədvəlinə adaptasiya olmalıdı. Bütün klublar arasında həlledici mərhələdə istirahət balansını qorumaq məqsədilə, çempionat bitmədən öncə oynamaq təklifini qəbul etmədik. Final oyunu mövsümün sonunda olacaq. Kubokun finalı mövsümə yaxşı mənada yekun vurmaq üçün yaxşı vasitədir. Azarkeşlər üçün də futbol bayramı yaradır.

- Könüllü şəkildə kubokdan imtina edən komandalar oldu?

- Ötən ilə qədər ancaq Premyer Liqa və I Liqa klubları kubokda istək əsasında oynayırdı. Amma ötən il İdarə Heyətinin qərarına və əsasnamənin tələbərinə uyun olaraq, bütün klubların kubokda iştirakının vacibliyini düşündük. Rəsmi və ya qeyri-rəsmi olaraq kubokda iştirak etmək istəməyən klub yoxdu. Hamısı canla-başla kubokda iştirak edir.

- Superkubok görüşü nəzərdə tutulub?

- Bizdə Superkubok oyunu sonuncu dəfə 2013-cü ildə keçirilib. Həmin ildən bu yana keçirilməyib. Vaxt məsələsi ən vacib məqamlardan biridi. Bu oyun adətən növbəti mövsümdən öncəki həftələrə təsadüf edir. Superkubok görüşü üçün mükafat yoxdu, avrokuboka vəsiqə vermir deyə, klublar da maraq göstərmir. Yalnız titul matçıdı. Keçən il də gündəmə gəlmişdi. Amma bu dəqiqə üçün real, aktual müzakirə mövzusu deyil.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC