"Arxayınlaşmağa ixtiyarımız yoxdu, arxaya yox, önümüzə baxırıq" - Şükürov

Kəpəz" Azərbaycan Premyer Liqasının 21-ci turunda Qəbələdə "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransına görüş haqda danışmaqla başlayıb.

- Bizim üçün vacib oyun idi. Bütün "Kəpəz" azarkeşlərini təbrik edirəm. Futbolçularıma təşəkkür edirəm. Verilən tapşırıqları yerinə yetirdilər. Qarşıda böyük işlərimiz var. Onlara hazırlaşmalıyıq. Rəqib bizə böyük çətinliklər yaşatdı. Əlimizə düşən imkanlardan istifadə etdik. Bunların üzərində işləmişdik. Bu, bizi çox sevindirir. Bundan sonra işimiz daha çətin olacaq.

- Müdafiədə yerdəyişmələr etdiz və bu özünü doğrultdu. Növbəti matçlarda da bunu etməyi planlaşdırırsınız?

- Hər futbolçu hər mövqedə oynamağı bacarmaıdır. Bununla bağlı onlarla danışırıq. Bu gün göstərdik ki, komandayıq və komanda oyunu göstəririk.

- Adama Nianenin qaçırdığı epizodlara görə əvəzlədiniz?

- Niane yüksək səviyyəli futbolçudur. Onu əvəzləməyimizin səbəbi o idi ki, psixolojo gərginliyə düşməsin. Amili meydana buraxdıq və o da özünü doğrultdu.

- Üçüncü dövrəyə belə başlanğıc gözləyirdiniz?

- Qarşımıza hədəf qoymuşuq ki, Premyer Liqada qalaq. Bunun üçün də çalışırıq. Çempionatda qalmaq üçün hər oyunda qələbə qazanmalıyıq. Rəqibləri təhlil edirik, buna uyğun hücumlar həyata keçiririk. Futbolçular bu gedişlərə hazır olmağa başlayıblar.

- Standart vəziyyətlərin üzərində xüsusi olaraq çalışırsınız?

- Bəli, təbii ki. Hər oyundan əvvəl bütün rəqibləri təhlil edirik. Diqqətimizi cəlb edən məqamlardan istifadə edirik. Bu gün heç kimin gözləmədiyi oyunçunun önə çıxmasını planlaşdırmışdıq. Fiziki göstəricilərionə görə heç kim Ehtiramın orada olacağını gözləmirdi. Rəqib başqa oyunçulara diqqət ayırırdı. Ehtiram da bunun öhdəsindən gəldi.

- Amil Yunanovun performansından məmnunsunuz?

- Çempionat uzundu. qarşıda demək olar iki dövrə var. Hər futbolçumuza güvən verməliyik. İstəmirdik ki, Niane qaçırdığı epizodlara görə psixoloji gərginlik yaşasın. Həmin stressi ondan almaq üçün əvəzlədik. Amil də sağ olsun əlinə düşən epizoddan istifadə etdi.

- "Qəbələ"dən 5 xal öndəsiniz. Bu, komandada arxayınlıq yaratmır?

- Arxayınlaşmağa ixtiyarımız yoxdur. Premyer Liqada qalmayıq. Mümkün qədər bizdən öndəki komandalara çatmaq istəyirik. Bütün fikrimiz budur. Arxaya çox da baxmırıq, əsas önümüzə baxırıq.  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC