"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi "Malmö"nün futbolçusu Sead Hakşabanoviç üçün bu mövsüm erkən başa çatıb.
Presssport.az İsveç klubunun saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu qasıq nahiyəsində yaranan zədəyə görə gələn həftə əməliyyat olunacaq.
Bu səbəbdən o, mövsümün qalan hissəsini buraxacaq.
Xatırladaq ki, "Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin II turunda oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda "Malmö" ilə qarşılaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC