Azərbaycanın 2 boksçusu Polşada Feliks Stammın xatirəsinə həsr olunmuş beynəlxalq turniri medalla başa vurub.
Presssport.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Belə ki, Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) finala kimi irəliləyib. Həlledici görüşdə rəqiblər qalib gəldiyindən yığma üzvləri gümüş medala yiyələnib.
Onu da bildirək ki, Azərbaycan yarışda 2 boksçu ilə təmsil olunub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC