“Turan Tovuz”un qapıçısı Sergey Samok müsahibə verib.
Presssport.az həmin müsahibəni təqdim edir:
- “Şamaxı” ilə oyunun sonu dramatik alındı. 2:2-lik bərabərliyi necə şərh edərdiniz?
- Oyuna yaxşı başladıq. Sonradan tempi aşağı saldıq və nəticədə rəqibin epizodları yaranmağa başladı. İkinci hissənin əvvəlini boşa verdik. Yaxşı ki, sonda bərabərlik qolunu vura bildik.
- İkinci hissəyə zəif başlamağınıza səbəb nə idi?
- Konkret nəsə deyə bilmərəm, izah etmək çətindir. Bu, ilk dəfə deyil. Əvvəlki matçlarda da hissənin əvvəlində qol buraxmışdıq.
- “Şamaxı” ilə matçda Azərbaycan Premyer Liqasında və “Turan Tovuz”da rəsmi debüt etdiniz. Debütunuzdan razı qaldınız?
- Debütumu uğurlu saymaq olmaz. Çünki qapımızda 2 qol gördük.
- Həyəcanlı deyildiniz?
- Oyunun əvvəlində bir qədər həyəcan var idi. Lakin sonradan hər şey qaydasına düşdü.
- Çempionatın səviyyəsi gözlədiyiniz kimidir, yoxsa daha yüksək və ya nisbətən aşağı?
- Bura gələnə qədər Azərbaycan çempionatı barədə geniş məlumata sahib deyildim. Amma görürəm ki, səviyyə yüksəldir. Rəqabət var. İstisna kimi “Qarabağ” digərlərindən seçilir. Ümumilikdə hər şey yaxşıdır. Komandalar mövsüm ərzində bir-birləri ilə 4 dəfə qarşılaşırlar. İlk dəfədir bu cür halla rastlaşıram.
- Bu, yorucu deyil? Çünki kuboku da nəzərə alsaq, bəzən elə olur ki, eyni komanda ilə mövsüm ərzində 6 dəfə qarşılaşmaları olursan...
- Xeyr, yorucu olduğunu düşünmürəm. Əksinə, maraqlıdır. Bu halda sən rəqibləri daha yaxşı tanıyırsan. Taktiki gedişlərinə bələd olursan, hansı oyuna üstünlük verdiklərini bilirsən.
- “Turan Tovuz”u mövsümün sonunda neçənci yerdə görürsünüz?
- Birinci yerdə.
- Bəs alınmasa?
- Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçün ilk üçlüyə düşmək lazımdır. Eləcə də kuboku da unutmaq olmaz. Qarşıya qoyulan hədəfə çatacağımıza inanıram (futbolxeber.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC