Ruslar Şeydayevi yada salıb: "O, əbəs yerə Azərbaycan millisini seçməyib"

Rusiya mətbuatı "Zenit"in yetirmələrindən yazıb.

Presssport.az xəbər verir ki, həmin məqalədə Sankt-Peterburq klubunun yetirmələrindən olan, hazırda isə "Neftçi" və Azərbaycan millisində oynayan Ramil Şeydayev da qeyd olunub.

Belə ki, Ramilin milli komandamızı seçməsi də xüsusi vurğulanıb;

"Bütün hər şeyi öncədən görənlərdən biri də SŞOR-dan çıxan Ramil Şeydayevdir. Hər şey Rusiya millisi üçün AVRO (U-17) 2013-ün qalibi, "Zenit"in əsas heyətində 5 oyun keçirib qızıl medallar almaqla başladı. Daha sonra o, "Rubin", “Krılya Sovetov”, “Dinamo”, “Kocaelispor”, “Trabzonspor”, “Jilina”, “Buriram Yunayted”, “Qarabağ”, “Sabah”da oynayıb, "Neftçi"yə keçdi. Onun indi təmsil etdiyi sonuncu klub "Neftçi"dir. Şeydayev A milli səviyyəsində əbəs yerə Azərbaycan millisini seçməyib".

Xatırladaq ki, 28 yaşlı Şeydayev 2027-ci il iyunun 30-na qədər "Neftçi"yə məxsusdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC