"Qarabağ"ın braziliyalı müdafiəçisi Mateus Silva 3 oyunda meydana çıxa bilməyəcək.
Presssport.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçin "Malmö" klubuna qarşı keçirəcəkləri Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında bildirib.
O, futbolçunun zədədən əziyyət çəkdiyini söyləyib: "Mateusla bağlı problem var. Yəqin ki, 3 oyunda meydana çıxmayacaq. Yankoviçin durumu isə hələlik tam bilinmədiyindən yekun qərar verməmişik. Ümumi durumu pis deyil. Çoxdan idi ki, əsas heyətdə oynamırdı. "Sabah"la matçda bəlkə də dəqiqələri çox oldu. Həmin görüşdə 60-65 dəqiqə oynamalı idi. Amma gedişata görə uzandı. Bu gün və sabah vaxtımız var. Ən doğru qərarı verməyə çalışacağıq. Xüsusən də futbolçu üçün. İnanırıq ki, yaxın vaxtda Silvanın xidmətindən yararlana biləcəyik".
Xatırladaq ki, "Qarabağ"ın daha bir cinah müdafiəçisi - Monteneqro millisinin üzvü Marko Veşoviç də zədədən əziyyət çəkir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC