ABŞ-da MLS müntəzəm çempionatının qalibi bəlli olub.
Presssport.az xəbər verir ki, "İnter Mayami" çempionluğunu rəsmiləşdirib.
Lionel Messinin komandası 32-ci turda ən yaxın izləyicisi "Kolumbus Kryu"ya səfərdə qalib gələrək (3:2) buna nail olub. Oyunda Messi dubla (45, 45+5) imza atıb. "İnter Mayami"nin digər qolunu isə Luis Suares (48) vurub.
Bu qələbədən sonra xallarının sayını 68-ə çatdıran "İnter Mayami" mövsümün bitməsinə 2 tur qalmış ABŞ çempionu olub.
Xatırladaq ki, "İnter Mayami"də Messi və Suaresdən başqa, onların "Barselona"dakı ispaniyalı sabiq komanda yoldaşları Serxio Busketslə Jordi Alba da çıxış edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC