Azərbaycanın FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasında (ÇL) növbəti oyununu idarə edib.
Presssport.az xəbər verir ki, o, qitənin “1 nömrə”li klub turnirinin Liqa mərhələsini II turunda çərçivəsində keçirilən “Şturm” (Avstriya) - “Brügge” (Belçika) oyununun baş hakimi olub.
Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Belçika təmsilçisinə qələbə gətirən yeganə qolu 23-cü dəqiqədə Kristos Tzolis vurub.
Ağayev oyunda meydan sahiblərinin 5, qonaqların isə 1 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
Xatırladaq ki, Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçirilən matçda Əliyara Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC