"Tottenhem”ə qarşı pis oynamadıq. Amma yaxaladığımız şansları dəyərləndirə bilmədik. “Tottenhem” dünyanın ən güclü klublarından biridir. Bu rəqiblə matçda səhv edirsənsə, məğlubiyyət qaçılmazdır”.
Presssport.az xəbərvverir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade deyib.
25 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının son turunda “Sabah” üzərində qazanılan qələbənin asan başa gəlmədiyini bildirib: “Oyuna yaxşı başladıq. Pressinq tətbiq edirdik. Yüksək dinamika nümayiş etdirdik. 3:0-dan sonra müəyyən səhvlərimiz oldu və rəqib bundam faydalandı. "Sabah" yaxşı komandadır. Onlarla görüşdə bu cür səhvlərə yol verməməlisən”.
Sıx qrafikdə oynamaqlarına baxmayaraq, Andrade bunu problem hesab etmir: “Düzdür, ardıcıl oyunlar keçiririk. Qrafikimiz sıxdır. Amma bunun öhdəsindən gəlməyə çalışırıq. Məşqlərdə hamımız çox yaxşı çalışırıq. Hazırda futbolçular fiziki baxımdan yaxşı səviyyədədirlər”.
O, sabah UEFA Avropa Liqasının ikinci turu çərçivəsində İsveç “Malmö”sünə qarşı keçiriləcək matçdan da söz açıb: “Oyuna hazırıq. Baş məşqçi kimə şans versə, o da əlindən gələni edəcək. “Malmö” ilə matçda səhv etməməliyik. Əks halda bunun acısını çəkə bilərik”.
Portuqaliyalı yarımmüdafiəçi qarşı onları iki çətin oyun gözlədiyini vurğulayıb: “Malmö”dən sonra çempionatda “Sumqayıt”la qarşılaşacağıq. Hər iki matç çətin keçəcək. Çünki istər Avroliqada, istərsə də Azərbaycan çempionatında zəif komanda yoxdur. İnanıram ki, bu matçlarda yaxşı nəticə qazanacağıq” (futbolxeber.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC