"Kəpəz"in yeni transferi Mahamadu Ba klubun mətbuat xidmətinə açıqlama verib.
Presssport.a xəbər verir ki, malili futbolçu Gəncə təmsilçisinə keçidi ilə bağlı fikirlərini bölüşüb:
"Karyeramda yeni bölüm başlayır. Türkiyədən sonra ölkənizdə legioner həyatı yaşayacam. Bura gəldiyimə görə şadam. Klubda məni olduqca mehriban qarşıladılar. Bir neçə gündür ki, düşərgədəyəm. Həvəslə məşq edirəm. Yaxşı bazamız var. "Kəpəz"in Bakıda "Zirə" ilə oyununu stadiondan canlı izləmək imkanım oldu. Komandanın çıxışı bilirəm ki, azarkeşlərin ürəyincə deyil. Amma kollektiv olaraq vəziyyəti dəyişmək üçün çalışırıq".
Banın fikrincə, Türkiyə ilə Azərbaycan futbolu arasında fərq təbii ki, var: “Azərbaycanda komandalar fiziki oyuna üstünlük verməyə çalışır. İlk baxışdan hər halda belə görünür. Türkiyədə isə başqa cürdü. Super Liqada komandalar taktiki-texniki cəhətdən seçilməyə çalışır”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC