Karate üzrə ümumrespublika seminarı keçirilib.
Presssport.az xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda gerçəkləşib.
Seminarda AKF-nin nəzdində fəaliyyət göstərən ictimai birliklərin 30-dan çox məşqçisi iştirak edib.
700-ə yaxın uşaq, yeniyetmə və gənc idmançı 2 saat davam edən seminarda karatenin incəlikləri ilə tanış olublar.
AKF-nin vitse-prezidenti Füzuli Musayev, baş katib Qabil Sayadov, İdarə Heyətinin üzvü Yaşar Bəşirov, Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov, Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının rəhbəri Tanrıverdi Allahverdiyevin rəhbərliyi ilə keçirilən seminarın məqsədi karatenin kütləviliyinə nail olmaqdır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC