"İnter Mayami"nin kapitanı Lionel Messi MLS müntəzəm çempionatında Şərq Konfransının qalibi olub.
Presssport.az xəbər verir ki, onun komandası XXXII turda səfərdə ən yaxın izləyicisi "Kolumbus Kryu"ya qalib gəlib.
Bu qələbədən sonra xallarının sayını 68-ə çatdıran "İnter Mayami" mövsümün bitməsinə 2 tur qalmış 1-ci olub.
Nəticədə Messi karyerasında 46-cı kuboku qazanıb. Ötən il 37 yaşlı hücumçu "İnter Mayami" ilə Liqa Kubokuna yiyələnib. Əvvəllər o, 2 dəfə Fransa çempionu, Fransa Superkubokunun qalibi olub.
Həmçinin Messi "Barselona" ilə 34 kubok qazanıb.
Argentina millisinin heyətində isə Messi dünya çempionatının (2022-ci il), Amerika Kubokunun (2021 və 2024-cü illər), Finalissimanın (2022-ci il), Olimpiya Oyunlarının (2008-ci il) və gənclər arasında dünya çempionatının (2005-ci il) qalibi olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC