Millimizin Estoniya və Slovakiya yığmaları ilə matçlarına 24 futbolçu çağırıldı - SİYAHI

Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və Slovakiya yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Fernandu Santuş yığmaya 24 futbolçu dəvət edib:

Qapıçılar: Mehdi Cənnətov ("Sumqayıt"), Rza Cəfərov ("Neftçi"), Aydın Bayramov ("Zirə")

Müdafiəçilər: Bəhlul Mustafazadə, Abbas Hüseynov, Bədavi Hüseynov, Elvin Cəfərquliyev (hamısı "Qarabağ"), Qismət Alıyev ("Zirə"), Rahil Məmmədov ("Radomiak Radom", Polşa), Zamiq Əliyev (“Eqnatia”, Albaniya), Anton Krivotsyuk ("Daejeon Hana Siti", Cənubi Koreya), Şəhriyar Əliyev ("Turan Tovuz")

Yarımmüdafiəçilər: Coşqun Diniyev ("Bandırmaspor", Türkiyə), Elvin Camalov ("Sabah"), Aleksey İsayev, Toral Bayramov (hər ikisi "Qarabağ"), Xəyal Nəcəfov ("Turan Tovuz"), Ceyhun Nuriyev ("Zirə"), Emin Mahmudov ("Neftçi")

Hücumçular: Ozan Can Kökçü (HİK, Finlandiya), Rüstəm Əhmədzadə ("Zirə"), Ramil Şeydayev ("Neftçi"), Mahir Emreli ("Nürnberq", Almaniya), Renat Dadaşov ("Ankaragücü", Türkiyə)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC