Azərbaycan taekvondoçuları Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilmiş G2 kateqoriyalı Fujeyra açıq çempionatında 4 medal qazanıblar.
Presssport.az xəbər verir ki, komandanın heyətində Milad Beiqi Harçeqani (+87 kq) finala kimi uğurla irəliləyib. O, həlledici görüşdə məğlub olaraq 2-ci yeri tutub.
Digər taekvondoçulardan Cavad Ağayev (74 kq), Məryəm Məmmədova və Səmərrux Osmanova (hər ikisi 49 kq) bürünc medala sahib olublar.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC