"Qəbələ" son legionerini də yola saldı - RƏSMİ

"Qəbələ” futbolçusu Samuel Tetteh ilə yollarını ayırıb.

Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-ci ilin sentyabrından "Qəbələ"də çıxış edən Samuel “qırmızı-qara” formada 25 matçda 3 qol vurub. O, Premyer Liqada 21 (2 qol), Azərbaycan kubokunda 4 (1 qol) oyunda iştirak edib.

Onu da bildirək ki, Tetteh keçən mövsümdən qalan son legioner idi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC