Qriqorçuk istefayla bağlı suallardan yayındı: "İnanmıram ki, bu, başıma gəlir, sanki yuxudayam"

"Neftçi" Misli Premyer Liqasının IX turunda səfərdə "Kəpəz"ə 3:4 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Məğlubiyyətin əsas səbəbi nədir?

- Hazırda nəsə deyə bilmirəm. Bu cür oyunları dəqiqliklə təhlil edib danışmaq lazımdır. Elə durumdayam ki, inanmıram ki, bu, başıma gəlir, sanki yuxudayam. Ona görə də bu oyunun təhlilini ertələyirəm.

- Yəqin ki, bu gün heç bir baş məşqçi sizin yerinizdə olmaq istrəməz. Bundan sonra nə gözləyirsiz?

- Hələ bir dəqiqəmi belə buna həsr etməmişəm. Oyunun sonları ilə bağlı bəzi şərhlər vermək istəyirəm. Azarkeşlər mənim ünvanıma heç də yaxşı olmayan sözlər deyirdi. Mən onlardan incimirəm. Onlara bu qədər səbr etdikərinə görə təşəkkür edirəm.

- İstefa haqda düşünürsüz?

- Düşündüyüm şey haqda artıq danışmışam. Bu söhbətləri mətbuat konfransında müzakirə etməli deyilik.

- Autsayderə məğlubiyyəti faciə kimi qəbul edirsiz?

- Mən bunu məğlubiyyət kimi qəbul edirəm. Yenə də deyirəm, inana bilmirəm ki, bu baş verənlər mənim başıma gəlir.

- İstefanıza kimlərsə mane olur?

- Xeyr. Hər mətbuat konfransında istefa ilə bağlı suallar verilir. Bunları burada müzakirə etməli deyilik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC