Azərbaycan boksçuları Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıb.
Presssport.az xəbər verir ki, millinin heyətində Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (92 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Yalnız finalda uduzan Nəbi İsgəndərov (71 kq) 2-ci yeri tutub. Mübarizəni yarımfinalda dayandıran Tayfur Əliyev (60 kq) isə bürünc medalla kifayətlənib.
Onu da bildirək ki, Azərbaycanı Aktauda hakim kimi İlqar Qasımzadə təmsil edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC