Qazaxıstanın Çimkənd şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb.
Azərbaycan Güləş Federasiyasından Presssport.az-a verilən məlumata görə, akademik Mərdan Saparbayevin xatirəsinə keçirilən ənənəvi yarışda məşqçi Akif Əliyevin rəhbərliyi altında U-20 milli komandamızın bir neçə üzvü iştirak edir.
Dünən onlardan 1-i Kamran Rəcəbli (72 kq) fəxri kürsüyə qalxıb. O, bürünc medal qazanıb.
Onu d bildirək ki, turnirdə Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri də mübarizə aparır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC