"Səbail" Misli Premyer Liqasının IX turunda doğma meydanda "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransına qələbəni şərh etməklə başlayıb.
- Bu gün oyun tam diqtəmizlə keçdi. Sadəcə, standart vəziyyətlərdə problemimiz olurdu. Onda da qapıçı və müdafiəçilərimiz etibarlı oynadı. Topa nəzarət edərək qol vəziyyətləri yarada bildik. "Qara zolaq"dan çıxmaq məni sevindirir. Yolumuza davam edəcəyik.
- Hakimə çox etiraz edirdiz…
- Emosiyalara qapılmışıq. Demirəm etdiyim hərəkətlərin hamısı düzdür. Futbol emosiyalar oyunudu. Sakit durub oyuna baxsan, alınmayacaq. Heç bir hakimlə intriqam yoxdu. Əliyar Ağayev oyunu normal idarə etdi.
- "Neftçi"nin dünənki məğlubiyyəti komandanızın oyuna köklənməsinə necə təsir etdi?
- Çox təsir etdi. "Kəpəz" qalib gəlməklə xal fərqini 1-ə endirdi. Futbolçularda təzyiq olur. Amma bugünkü qələbə bizi sonuncu yerdən bir az uzaqlaşdırdı. Amma bu, heç nə demək deyil. 3 xallıq çempionatda hər şey ola bilər. "Neftçi" bu situasiyadan çıxacaq. Bu, görünəndi. "Kəpəz"in qələbəsi bizi bir az da ruhlandırdı. Arxamızda nəfəs hiss elədik. Bu, bizə çox böyük motivasiya verdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC