"Neftçi" Misli Premyer Liqasının IX turunda "Kəpəz"lə Tovuzdakı oyundan məğlub ayrılaraq ilk dövrəni qələbəsiz başa vuran yeganə komanda oldu.
Presssport.az xəbər verir ki, oyundan sonra təcili klubdaxili iclasın keçiriləcəyi və ukraynalı baş məşqçi Roman Qriqorçukun işinə son veriləcəyi haqda iddialar dolaşır.
Məsələyə aydınlıq gətirmək "Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərliyə müraciət etdik. O, saytımıza açıqlamasında belə mövzuların klubdaxili məsələ olduğunu vurğulayıb: "Konkret addım atılmadıqca nəsə demək doğru olmaz. Baş məşqçiylə bağlı hansısa qərar qəbul edilsə, ictimaiyyətə məlumat veriləcək".
Xatırlıadaq ki, bu yay “Neftçi”yə gətirilən 59 yaşlı Qriqorçukla 2 illik müqavilə imzalanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC