“Millinin formasını geyinmək mənim üçün fəxrdi” - Aydın Bayramov

“Təbii ki, milliyə dəvət aldığım üçün çox şadam”.

Presssport.az xəbər verir ki, bunu sözləri millimizin qarşıdakı oyunları üçün açıqlanan heyətində yer alan “Zirə”nin qapıçısı Aydın Bayramov deyib.

O, hər zaman millinin formasını geymək arzusunda olduğunu bildirib: “Dəvət aldığımı biləndə çox şad oldum. Hər zaman millinin formasını geyinməyi arzulayıram. Bu, mənim üçün fəxrdir”.

28 yaşlı qolkiper millimizin qarşıdakı Estoniya və Slovakiya ilə oyunları bağlı qısaca bunları söyləyib: “Ağır oyunlar olacaq. Buna baxmayaraq, uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, maksimum nəticə əldə edək” (futbolxeber.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC