"Azərbaycanda "Neftçi" həmişə brend olub, onu bu vəziyyətdə görmək xoş deyil" - "ağ-qaralar"a 2 qol vuran hücumçu

"Kəpəz" Misli Premyer Liqasının IX turunda Tovuzda "Neftçi"ni 4:3 hesabı ilə məğlub edib.

2 qol vuraraq Gəncə təmilçisinin qələbəsində pay sahibi olan Orxan Əliyev Presssport.az-a mövsümdə qazanılan ilk 3 xalın komandaya müsbət təsir edəcəyini söyləyib:

“Qələbə qazandıq, çox sevincliyik. Qalib gəlmək üçün hər şey etdik. Bu qalibiyyət bizə lazım idi. 8 oyundur məğlub olurduq. Bu, bizə çox pis təsir edirdi. Komandada ab-hava müsbətə doğru dəyişir. İnanıram ki, yenə qələbələr qazanacağıq. Vəziyyəti düzəltmək üçün qalib gəlmək lazımdı ki,  iz də bunu etdik. Bundan sonra daha yaxşı olacaq”

29 yaşlı hücumçu Azərbaycanın köklü klubları olan "Neftçi" və "Kəpəz"in turnir cədvəlinin son pillələrində qərarlaşmasına da münasibət bildirərək hər ikisinin bu vəziyyətdən çıxacağına inandığını vurğulayıb: "Neftçi" böyük komandadır. Onları bu vəziyyətdə görmək xoş deyil. Azərbaycanda "Neftçi" həmişə brend olub. Əminəm ki, bu vəziyyətdən çıxacaqlar. Heç kim belə duruma düşmək istəməz. Sadəcə, bu, futboldur və burda dəyişikliklər çox olur. İstəyirəm ki, "Neftçi" və "Kəpəz" kimi böyük klublar sonuncu pillələrdə olmasın".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC